Metamfetamin

5 mg tablet Desoxyn (metamfetamin)

Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patınarkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.[1]

Metamfetaminin müxtəlif küçə adları var: met, patı, kristal, krenk (crank), ays (ice), şüşə (glass). Metamfetaminin qlobal istehsalı və qaçaqmalçılığı günümüzdə əsas problemə çevrilib, onun istehsalı və dövriyyəsindən narkotik kartelləri və cinayət təşkilatları külli miqdarda gəlir əldə ediblər.

  1. [1] Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine Methamphetamine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne